1 avqust 2016 15:30
Okan Buruk: Zirə ilə matçda hər şey istədiyimiz kimi alınmadı
Türkiyənin "Göztəpə" klubunun baş məşqçisi Okan Buruk "Zirə"yə qarşı keçirdikləri yoxlama oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında 1:1 hesablı heç-heçəni belə şərh edib:
"Zirə" ilə matçda hər şey istədiyimiz kimi, yaxşı alınmadı. Amma uşaqların meydandakı çalışqanlığı xoşuma gəldi. Öz oyunumuzu qarşıdakı matçlarda daha da yaxşılaşdırmağa çalışacağıq ki, yeni mövsümün startına tam hazır olaq".
