1 avqust 2016 15:00
Radim Reznik: Qarabağın öz meydanında az uduzduğunu bilirik
Çexiyanın "Viktoriya" klubunun müdafiəçisi Radim Reznik ÇL-in üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Qarabağ"ın öz meydanında çox az uduzduğunu bilirik. Amma biz səfərdə qapımızı toxunulmaz saxlamaq şərti ilə qol vurmağa borcluyuq. Qarşıdakı oyunda hədəfimiz budur və ümid edirəm ki, istəyimizə çatacağıq. Hücumların tamamlanmasında uğurlu çıxış etməliyik. İlk oyunda demək olar ki, bütün oyunu rəqibin cərimə meydançası yaxınlığında keçirsək də, real qol şanslarımız elə də çox olmadı".
