1 avqust 2016 14:30

Samir Abasov: Sumqayıt yeni mövsümə 60-70 faiz hazırdır

"Sumqayıt"ın baş məşqçisi Samir Abasovun azerisport.az saytına müsahibəsi

- Mövsümə necə hazırlaşa bilmisiniz?
- Hazırlıq pis keçməyib. Toplanışa Sumqayıtda başladıq. Sonra Türkiyədə iki həftəlik hazırlıq keçdik. Yoxlama oyunlarında qüvvəmizi sınadıq. Bütövlükdə, pis hazırlaşmadığımızı deyə bilərəm.

- Komanda yeni mövsümə nə nədərəcədə hazırdır?
- 100 faiz hazır olduğumuzu desəm, absurd olar. Hələ o vəziyyətdə deyilik. Çünki yoxlama oyunları ilə rəsmi matçlar tamamilə fərqli olur. Yoxlama oyunlarında yaxşı təsir bağışlayan komandaların, futbolçuların rəsmi görüşlərdə onu təkrarlaya bilməməsi halları az deyil. Təxminən 60-70% hazırıq. Komandamız demək olar ki, yenilənib. Gənclər daha çoxdur. Oyunumuzda temp artıb. 3-4-cü tura kimi formada olacağımızı düşünürəm.

- Elə isə mövsümün startındakı "Zirə" ilə oyundan sizdən nə gözləyək?
- Mövsümün startı bizim üçün çətin olacaq. Öncə ötən mövsümün gümüş medalçısı, sonra çempionu, ardından bürünc medalçısı ilə qarşılaşacağıq. İstənilən halda hər bir rəqiblə oynamağımız lazımdır. "Zirə" də Türkiyədə bizimlə yanaşı hazırlıq keçirdi. Onların da yaxşı yeni transferləri var. Yaxşı komandadır. Amma biz hər oyunda yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq.

- "Sumqayıt"ı bu mövsüm daha çətin sınaq gözlədiyini söyləmək olar?
- Çempionatımız onsuz da çətin keçir. Amma biz özümüzü göstərə bilərik. Bu, rəhbərlik üçün də bir stimul ola bilər.

- Yeni transferləriniz uğurlu çıxış etməyə imkan verəcək?
- Biz hələ o səviyyədə deyilik ki, istədiyimiz hər futbolçunu ala bilək. Gücümüz çatan transferlər etmişik. Premyer Liqa təcrübəsi olmayan futbolçularımız da var. Məhəmməd Qurbanovu geri qaytarmışıq. İstənilən halda, yaxşı kollektiv formalaşdırdığımızı düşüürəm. Bu uşaqlarla çalışmaq xoşdur.

- "Sumqayıt" güclənib?
- Çempionat göstərəcək. Amma oyunçu seçimimizə görə daha yaxşı vəziyyətdə olduğumuzu deyə bilərəm.

- Avrokuboklardakı təmsilçilərimizin - "Qarabağ"ın Çexiya "Viktoriya"sını, "Qəbələ"nin Fransa "Lill"ini keçmək şanslarını necə qiymətləndirərdiniz?
- Fikrimcə, hər iki komandamız mərhələ keçə bilər. Bunu kiməsə xoş gəlmək üçün demirəm. Sadəcə, buna inanıram. "Qarabağ"ın gücünü və imkanlarını qəbul etmək lazımdır. "Qəbələ"yə gəlincə, ilk oyunun nəticəsi yəqin ki, fransızları qəzəbləndirib. Amma Roman Qriqorçuk da çox yaxşı kollektiv formalaşdırıb. Baş məşqçiyə uzun müddət güvənməyin müsbət nəticəsini bu komandada da gördük. "Qəbələ"nin də fransızları keçmək şansı var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.