1 avqust 2016 13:40
Qarabağın oyununa 15 mindən çox bilet satılıb
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"la Çexiya çempionu "Viktoriya" arasında baş tutacaq cavab oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 15 mindən çox bilet satılıb.
Qeyd edək ki, sözügedən qarşılaşma sabah Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:30-da start götürəcək.
