1 avqust 2016 13:00
Qarabağın rəqibi Bakıya gəlir
Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiya "Viktoriya"sı cavab matçı üçün Bakıya yola düşüb. Azerisport.az xəbər verir ki, Plzen təmsilçisini gətirən çarter reysi bu gün saat 14:00-da Bakıda olmalıdır.
Roman Pivarnikin komandası axşam saatlarında Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda son məşqə çıxacaqlar.
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı sabah saat 20:30-da start götürəcək.




