1 avqust 2016 12:00
CAR yığmasının forvardı Qarabağda?
Kiprin "Anortosis" klubunun hücumçusu Dino Ndlovu karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə "SigmaLive" məlumat yayıb.
Məlumatda bildirilir ki, Ndlovu Türkiyənin "Antalyaspor" klubunda baxışda olsa da, böyük ehtimalla məşqçilər korpusunun rəğbətini qazana bilməyib. Hazırda isə onun Azərbaycan klublarından birinini hədəfində olduğu bildirilir. Lakin həmin klubun adı açıqlanmır.
Cənubi Afrika Respublikasının "Soccer-Laduma" portalı isə bu ölkənin milli komandasının üzvü olan Ndlovu ilə "Qarabağ"ın maraqlandığını iddia edib.
