Filip Ozobiç: Lilli keçmək üçün yaxşı şans var və bundan yararlanmalıyıq
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- Cavab oyununa hazırsınız?
- Komandamız tam hazırdı. İlk oyundakı 1:1-dən sonra yaxşı şans əldə etmişik. Cavab oyununa da müsbət nəticə qazanmaq üçün çıxacağıq.
- Sizdən Bakıdakı oyunda hansı nəticəni gözləyək?
- Mərhələ adlamaq şansımız var. Buna nail olmaq üçün bacardığımızı göstərməliyik. Amma rəqib də güclüdür. Fikrimcə, şanslar hələ də bərabərdir.
- Yenə əks-hücum futboluna üstünlük verəcəksiniz?
- Öz futbolumuzu oynamaq istəyirik. Ümid edirik ki, bu, bizə "Lill"i keçməyə imkan verəcək.
- Səfərdəki heç-heçəni sürpriz kimi qələmə verənlər çoxdur. Bəs siz necə düşünürsünüz?
- Fransadan sərfəli nəticə ilə qayıtmağı hamımız istəyirdik. Şadam ki, buna nail olduq.
- Fransa klubu ilə oyunları karyeranızın ən vacib matçları saymaq olar?
- Karyeramda ən vacib oyunların hansı olduğunu demək çətindir. Amma onu deyə bilərəm ki, kollektivimizdə hər kəs qarıdakı oyunu səbrsizliklə gözləyir. Stadionda çoxlu azarkeş görmək istəyərdim. Onların sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar.
- Onlara "Lill"ə qol vurmağa söz verə bilərsiniz?
- Bunu çox istərdim. Amma daha vacib olan komandamızın uğur qazanmasıdır. "Lill" səddini keçməyimiz mənim üçün yetərli olardı.
- Roman Qriqorçuk yenə sizdən 5:0 hesablı qələbə istəməyib?
- Baş məşqçi ilə hesabın necə olacağına dair söhbətimiz olmayıb (gülür). Amma ümid edirəm ki, hesabın necə olmasından asılı olmayaraq, mərhələ keçən tərəf biz olacağıq.
- Klub prezidenti Tale Heydərov bildirib ki, "Lill" səddini keçəcəyi halda komanda yaxşı mükafat əldə edəcək...
- Mükafat barəsində danışmaq istəməzdim.
