1 avqust 2016 00:50
Samir Məsimovsuz Domjale bir xalla kifayətləndi
Futbol üzrə Sloveniya çempionatında 3-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Maribor" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Samir ilk iki turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" üç turdan sonra 5 xalla 10 klub arasında 5-ci pillədə qərarlaşıb.
