1 avqust 2016 00:05
Paşayevin komandası yeni mövsümdə ilk xalını qazandı
Futbol üzrə Ukrayna çempionatında 2-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Dnepr" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1. Start heyətdə meydana çıxan Paşayev bu dəfə də 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Stal" iki turdan sonra 1 xalla 12 klub arasında 9-cu pillədə qərarlaşıb.
