31 iyul 2016 20:30
İnter Qaradağ Lökbatana qalib gəldi
"İnter" Premyer Liqanın yeni mövsümünün startı ərəfəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubu birinci divizionda mübarizə aparan "Qaradağ Lökbatan"la qarşılaşıb.
Oyun 2:0 hesabıyla "bankirlər"in xeyrinə başa çatıb. Qolları Rauf Əliyevlə Adrian Skarlatake vurub.
