31 iyul 2016 20:00
Neftçinin sabiq müdafiəçisi 1-ci divizion klubunda
"Neftçi"nin sabiq müdafiəçisi Emin Mehdiyev karyerasını birinci divizionda davam etdirəcək. Azerisport.az xəbər verir ki, son olaraq "Sumqayıt"da çıxış edən futbolçu "Zaqatala" ilə anlaşıb.
Artıq tərəflər bir illik müqavilə də imzalayıblar.
