31 iyul 2016 18:00
Kəpəz birinci divizion klubu ilə qarşılaşacaq
Yeni mövsümün hazırlıqlarını Bakıda davam etdirən “Kəpəz” yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, “sarı-göylər” çempionatın startı öncəsi “Şərurspor” ilə qarşılaşacaq.
Birinci divizion təmsilçisi ilə oyun avqustun 1-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında olacaq. Matç saat 17:00-da başlayacaq.
