31 iyul 2016 17:00

Vladimir Dimitrovski: Cavab oyununda Qarabağ sakit və ehtiyatlı oynamalıdır

"Qarabağ"ın sabiq müdafiəçisi Vladimir Dimitrovskinin azerisport.az saytına müsahibəsi

- Keçmiş komandanızın çıxışını izləyirsiniz?
- Bəli. "Qarabağ"da mənim dostlarım - İbrahim Şehiçlə Muarem Muarem çıxış edir. Amma bütövlükdə komandanın da çıxışı mənim üçün maraqlıdır.

- Ağdam klubunun Çexiya "Viktoriya"sı ilə ilk oyununa baxdınız?
- Bəli, görüşdən xəbərim var. "Viktoriya" çox yaxşı komandadır. Belə bir rəqiblə səfərdə qolsuz heç-heçə "Qarabağ" üçün yaxşı nəticədir.

- "Qarabağ"ın bu komandanı keçmək şansı var?
- Mənə elə gəlir ki, şans var. Bunun üçün Bakıda sakit və ehtiyatlı oynamaq lazımdır. Hesab sürüşkəndir. "Qarabağ"ın qol vurmaq şansları olacaq. Onlardan maksimum yararlanmaq mümkün olsa, çexləri keçəcəklər.

- Yenidən bu komandada oynamaq istərdiniz?
- Mən "Qarabağ"da az oynasam da, orada yaxşı təcrübə topladım. Həyatda nə olacağını bilmək olmur. Ola bilər ki, "Qarabağ" nə vaxtsa yenidən məni istəsin və oraya qayıdım.

- Siz bu klubla müqavilə imzalayanda əsas heyət oyunçusu olacağınız gözlənilirdi. Sizin bu komandadakı karyeranız niyə uğurlu alınmadı?
- Az oynamağımda problem görmürəm. Mənim mövqeyimdə Rəşad Sadıqov, Bədavi Hüseynov kimi güclü futbolçular çıxış edirdi. Onların hər ikisi əla çıxış edirdi. Baş məşqçi də onlara şans verirdi. Həmin vaxt komandada 12 legioner var idi, onların da yalnız altısı meydana çıxa bilərdi. Bu üzdən də mən az oynaya bildim.

- Başqa səbəb yox idi? Məsələn, pul?
- Xeyr, yeganə səbəb bu idi. Pul mənim üçün problem deyil. Mən sadəcə, çox oynamaq istəyirdim.

- Bəs "Qarabağ"da ən çox yadınızda qalan nə oldu?
- Fanatları. Onlar çox yaxşı idilər.

- "Qarabağ"dan sonra Yunanıstan "Kerkira"sına keçdiniz...
- Şadam ki, yenə bu kluba qaytıdım. Karyeramın ən yaxşı dövrünü məhz bu komandada keçirmişəm. Mənim üçün doğma komandadır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.