31 iyul 2016 13:00
Aleksandr Panov: Azərbaycan? Şeydayev doğru seçim edib
Futbol üzrə Rusiya yığmasının sabiq hücumçusu Aleksandr Panov Türkiyənin "Trabzonspor" klubuna keçən Ramil Şeydayevin bundan sonra Azərbaycan millisində oynamaq istəməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şeydayevi perspektivli futbolçu kimi tanıyıram. Azərbaycan yığması? O, doğru seçim edib. Ehtiyatda qalmaqdansa, oynamaq yaxşıdır. Mənə elə gəlir ki, onun Rusiya yığma komandasında oynamaq şansı yox idi".
