31 iyul 2016 12:00

Lyubo Baranin: Qəbələyə Lill ilə ev oyunu daha çətin olacaq

"Qəbələ"nin sabiq müdafiəçisi Lyubo Baranin bu komandanın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubunu keçmək şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Fransada "Lill"ə qarşı belə oyun və 1:1 hesablı nəticə çox yaxşıdır. Unutmayaq ki, Fransa çempionatı Azərbaycan birinciliyindən üç baş üstündür. Hamı "Lill"i çətin və güclü rəqib kimi tanıyır. Amma mən həmişəki kimi, "Qəbələ"nin uğurlu çıxış edəcəyinə inanırdım. Bu komanda özü də güclü və komplektləşmiş heyətə malikdir".

"Yəqin ki, "Qəbələ"nin hədəfi ötən mövsüm qazandığı uğuru - Avroliqanın qrup mərhələsinə düşməyi təkrarlamaqdır. Klub qarşısına yüksək hədəflər qoyub".

Baraninin sözlərinə görə, "Lill" ilk oyunda "Qəbələ"ni ciddi qiymətləndirməyib: "Mümkündür ki, "Lill" qəbələliləri düzgün qiymətləndirməyib və bunun da cəzasını çəkdi. Amma bu, onların problemidir. Roman Qriqorçukun komandası çox yaxşı oynadı və sona kimi mübarizə apardı".

Lyubo cavab matçı ilə də bağlı fikirlərini dilə gətirib: "Bakıdakı oyun daha çətin olacaq. "Qəbələ"yə sakit oynamaq lazım gələcək. Çünki "Lill" bütün gücü ilə hücuma atılacaq. Ümid edirəm ki, Azərbaycan klubu növbəti mərhələyə vəsiqə qazana biləcək".

O, "Qəbələ"nin müdafiə xəttinin çıxışından da söz açıb: "Mənim dövrümdə komandanın çox güclü müdafiə xətti var idi. Yadınızdadırsa, biz o zaman çox az qol buraxırdıq. Əlbəttə, indi də komandanın yaxşı müdafiəsi var. Amma onda komandaya qol ötürmələri ilə yalnız mən komandaya kömək edirdim. İndi mənim kimi hücuma dəstək olan müdafiəçiləri yoxdur. Mən komandaya həm müdafiədə, həm də hücumda kömək edirdim. Amma istənilən halda "Qəbələ"nin müdafiəçilərinə hörmətlə yanaşıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.