31 iyul 2016 11:30
Şeydayev oynadı, Trabzonspor qalib gəldi
Türkiyənin "Trabzonspor" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı hücumçu Ramil Şeydayevin komandası Macarıstanın "Dyor" klubu ilə qarşılaşıb.
Görüş Trabzon təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Şeydayev əsas heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.
