31 iyul 2016 11:00
Dadaşovun yeni komandası mövsümə uğursuz başladı
Almaniyanın Şimal-Şərq Regional Liqasında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də ilk matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Karl Tseyss"lə qarşılaşıb. Oyun futbolçumuzun klubunun məğlubiyyəti ilə başa çatıb - 0:2.
Start heyətdə meydana çıxan Dadaşov 90 dəqiqə oynayıb.
