30 iyul 2016 16:00
Roman Pivarnik: Bakıda da hücum futbol sərgiləməliyik
Çexiyanın "Viktoriya" klubunun baş məşqçisi Roman Pivarnik Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Cavab matçına ciddi hazırlaşırıq. Rəqibi qiymətləndirməməkdən qaçmağa çalışırıq. İstəyirəm ki, futbolçularım cavab oyununa da ilk oyundakı kimi ciddi yanaşsınlar. Amma ələ düşən qol şanslarından daha yaxşı yararlanmaq şərti ilə. Hücum futbolu sərgiləməliyik. Oyunlar arasındakı vaxt fərqi yetərincədir. Qarşıdakı oyuna qədər tam hazır olacağıq. Heyətdə ciddi dəyişiklik gözlənilmir".
