30 iyul 2016 15:30

Rəşad Abdullayev: 1-ci divizionda oynamaq istəmirəm, məşqçiliyə başlayıram

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Rəşad Abdullayevin azerisport.az saytına müsahibəsi

- "Zirə"dən ayrıldıqdan sonra sizdən bir xəbər yoxdur...
- Klublardan dəvət gözləyirəm. Amma heç bir təklif almamışam. Belə davam etsə, karyeramı başa vuracağam. Özünüz də görürsünüz ki, Premyer Liqada da klub sayı azaldı. Gənc futbolçular özlərinə klub tapa bilmirsə, mənim haqda nə demək olar?

- Birinci divizionda oynamaq fikriniz yoxdur?
- Xeyr. Mənim yaxşı karyeram olub. Onu yaxşı şəkildə başa vurmalıyam. Həmişə iddialı klublarda oynamışam. Birinci divizion oynamaq istəmirəm.

- Elita klublarından təklif yoxdursa, onda karyeranızı bitirmək ehtimalınız yüksəkdir...
- Bundan sonra da təklif olmayacaqsa, karyerama son qoyacağam. Düzdür, özümdə daha bir il oynamağa güc hiss edirəm. Amma təklif olmayandan sonra nə etmək olar?

- Başqa heç bir planınız yoxdur?
- Azərbaycan yığmasında oynadığıma görə avtomatik olaraq C kateqoriyalı məşqçi lisenziyam var. Ona görə də B kateqoriyalı məşqçi lisenziyası almağa hazırlaşacağam.

- Bəs məşqçiliyə harada başlamaq istəyirsiniz?
- "Zirə"dən bu klubda çalışmaq təklifi almışam. Uşaq komandalarında işləməyə başlayacağam. Hər şey belə davam etsə, böyük ehtimalla elə "Zirə"də çalışacağam.

- Son dövrlər az qala bütün keçmiş futbolçular məşqçiliyə başlayıb...
- Mənim futboldankənar işlərim də var. Amma mən özümü məşqçilikdə də sınamaq istəyirəm. 16 il peşəkar futbolla məşğulam. Karyeramda elə məşqçilər görmüşəm ki, komandanı adicə psixoloji cəhətdən oyuna hazırlaya bilmirdilər, onlara kömək edirdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.