29 iyul 2016 00:45
Rayan Mendeş: Azərbaycan klubu bizdən fərqli daha soyuqqanlı idi
Fransanın "Lill" klubunun hücumçusu Rayan Mendeş Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Birinci hissədə biz rəqibə oyun baxımından bir qədər uduzurduq. Azərbaycanlılar bizimlə müqayisədə daha soyuqqanlı davranırdılar. İkinci hissəyə isə daha inamlı və istəkli çıxdıq. Bunun da nəticəsi kimi qol vurduq. Fikrimcə, ikinci qolu da vura bilərdik. Artıq cavab oyununu düşünməliyik. Yaxşı istirahət etməli və ilk oyunu analiz etməliyik. Səfərə qələbə qazanmaq ümidi ilə yollanacağıq".
