29 iyul 2016 00:25
Baqali Dabo: Belə rəqiblə səfərdə heç-heçə yaxşı nəticədir
"Qəbələ"nin hücumçusu Baqali Dabo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri səfər oyunundan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Lill" kimi komanda ilə səfərdə bərabərə qalmaq yaxşı nəticədir. Ümid edirəm ki, Bakıdakı oyun daha maraqlı keçəcək və bizim üçün uğurlu olacaq. Bunun üçün bütün gücümüzü sərf edəcəyik".
