28 iyul 2016 23:50
Frederik Antonetti: Qəbələni keçəcəyimizə inanırıq
Fransanın "Lill" klubunun baş məşqçisi Frederik Antonetti Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Hazırlıqla bağlı çətinliklərimiz barədə fikirlərimi artıq söyləmişəm. Təəssüf edirəm ki, biz matçın əvvəlində ilk qol buraxan tərəf olduq. "Qəbələ"nin hesabı erkən açmasının rolu böyük oldu. Bir həftəyə daha güclü olacağıq. Cavab oyununun nəticəsi barədə dəqiq söz deyə bilmərəm, amma mərhələ keçəcəyimizə inanıram. Uğur qazanmaq üçün 50 faiz şansımız var. Ola bilər ki, Eder də Bakıya gəlsin. Hələ bunu dəqiq bilmirik".
