Roman Qriqorçuk: Bu heç-heçə bizim üçün tarixi nəticədir
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri ilk oyundan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis öncə bunları söyləyib:
"Bu heç-heçə bizim üçün tarixi nəticədir. Uğuru hazırda bizimlə olmayan kapitanımız Cavid Hüseynova həsr edirik. Özümüzə inanırıq və bizdən asılı olan nə varsa, edirik. Əlbəttə, hazırda daha böyük təcrübəmiz var. "Borussiya", "Krasnodar" kimi rəqiblərə qarşı yaxşı oynayıb, uduzduğumuz dövrlə müqayisədə çox irəliləyiş var. Amma bir daha təkrar edirəm: "Lill" yüksək səviyyəli futbolçulardan təşkil olunmuş komandadır. Onlar yüksək sürətə malikdirlər. Belə rəqibə qarşı yalnız o cür templə, taktika ilə mübarizə aparmaq olar".
