28 iyul 2016 23:30

Tale Heydərov: 75 milyon avro büdcəyə malik Lilli keçməyin mükafatı çox olmalıdır

"Qəbələ"nin prezidenti Tale Heydərov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirdikləri ilk oyundan (1:1) sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

- Səfərdə heç-heçə bizi qane etdi. Belə bir kluba qarşı Fransada bərabərə qalmaq pis nəticə deyil.

- Bu nəticəni gözləyirdiniz?
- Maksimum vəzifə yaxşı nəticə qazanmaq idi. Mərhələ adlasaq, kapitanımız Cavid Hüseynova həsr edəcəyik. Uşaqlar da yaxşı oyuna görə sağ olsunlar. Yaxşı mübarizə apardılar, sevindirdilər.

- Yeni transferlər olacaq?
- Hücumçu axtarırırıq. Bizə daha bir oyunçu lazımdır.

- Bakıdakı oyunlarda azarkeş fəallığı elə də yaxşı deyil. Cavab oyunundan nə gözləyirsiniz?
- Azarkeşləri cavab matçına cəlb etməyə çalışacağıq. Amma bu, təbii olmalıdır. Əminəm ki, bizim oyunumuzu televizordan çox adam izləyir. Amma onları stadionda görmək istərdik. Rəhbərlik, komanda bunun üçün əlindən gələni edir. Sadəcə, azarkeşlərin stadiona gəlib, komandanı dəstəkləməsi lazımdır. Şəxsən mən digər klublarımızın da oyunlarını izləmək üçün stadiona gedirəm.

- "Qarabağ"ın ÇL-in üçüncü təsnifat mərhələsində Çexiya "Viktoriya"sını keçmək şansını necə qiymətləndirirsiniz?
- "Qarabağ"a ilk növbədə adına və sərgilədiyi oyun üslubuna görə azarkeşlik edirəm. Bu komandaya hörmətim var. Klub doğru yoldadır. Səfərdəki qolsuz heç-heçə pis nəticə deyil.

- Cavab oyunundan nə gözləyirsiniz?
- Bu gün bizim bir qədər bəxtimiz də gətirdi. Cavab oyununda işimiz çətin olacaq. Biz cütün favoriti deyilik. Ona görə də qətiyyən arxayınlaşmaq olmaz.

- Digər matçlarla müqayisədə bu dəfə futbolçulara veriləcək mükafat daha çox ola bilərmi?
- Bəli, çoxdur. "Lill"in 75 milyon avroluq büdcəsi var. Belə bir rəqibi keçməyə görə mükafat yaxşı olmalıdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.