28 iyul 2016 15:00

Yaşar Vahabzadə: Onlar Portuqaliyada özlərini göstərib, digər futbolçularımıza da yol aça bilərlər

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadənin azerisport.az saytına müsahibəsi

- U-21-in üzvü Budaq Nəsirovun Portuqaliyanın "Sportinq" klubuna transferini necə qarşıladınız?
- Şadam ki, o, belə bir futbol ölkəsinin klubuna transfer oldu. Gənclərimiz artıq xarici ölkə klublarına keçməyə başlayıblar və bu, sevindirməyə bilməz. Budaq da çalışqan, aqressiv futbolçudur. Öz üzərində işləməyi sevir. O, bu tempdə davam etsə, Portuqaliya çempionatında oynaya bilər. Ondan öncə Elnur Cəfərov da "Tondela"ya keçmişdi. Bütün bunlar təbii ki, çox xoşdur.

- Sizcə, Nəsirov orada rəqabətə davam gətirə biləcək?
- O, dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Bu mövqedə oynayan futbolçularda döyüşkən keyfiyyətlərin olması vacibdir. Budaq da bu, var. O, üzərində çalışmaqla daha da artıra bilər. Gəlin ona inanaq. Öz üzərində çalışmasından çox şey asılıdır. Bir daha qeyd etmək istərdim ki, Nəsirov zəhmətkeş oğlandır.

- Bəs Cəfərov barədə nə düşünürsünüz? Nəsirovun klubundan fərqli, "Tondela" favoritlərdən deyil...
- Elnura yoxlama oyunlarının demək olar ki, hamısına şans verdilər. Baş məşqçi onu meydana buraxırsa, deməli, bu futbolçunun perspektivinə inanır. Futbolçumuz ora gedibsə, sübut etməlidir ki, heç kimdən zəif deyil.

- Yetirmələrinizdən daha hansıları ölkə xaricində oynamağa hazır hesab edirsiniz?
- Belə uşaqlar var, az deyil. Ayrı-ayrılıqda ad çəkmək istəmirəm. Kimisə unuda bilərəm. Xaricə gedən futbolçularımız ikiqat əzmlə çalışmalıdırlar ki, digər azərbaycanlı oyunçulara da yol açsınlar. Bu işdə menecerlərdən də çox şey asılıdır. Gənclərimizi ölkə xaricində daha yaxşı reklam etmək, tanıtmaq lazımdır. Bu iki futbolçumuz Portuqaliyada özlərini doğrulda bilsələr, digər futbolçularımıza da maraq artacaq.

- Sizcə, bizim gənc futbolçularımız Avropadakı həmkarlarından nədə geri qalır?
- Düşüncə tərzində. Bizim futbolçular meydanda qərar verməyə gecikirlər. Bu, çox vacib keyfiyyətdir. Digər komponentlərdə elə də geri qalmırıq.

- Sizə elə gəlmir ki, futbolçularımızda həm də inamsızlıq var?
- Həmişə futbolçularıma deyirəm ki, səhv etməkdən qorxmayın, nəyisə etmək istəyirsinizsə, bunu edin. Səhv etmək qorxusu çox pis şeydir. Bu, özünəinamı azaldır, futbolçuda meydanda çox şey alınmır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.