28 iyul 2016 14:30
Arif Əsədov: Qəbələyə Lill ilə oyunda asan olmayacaq
"Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov "Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəyi səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ"nin rəqibi güclü çempionatda çıxış edir və təbii ki, təmsilçimizə asan olmayacaq. Amma məsələn səfərdə 1:2 hesablı məğlubiyyət də "Qəbələ"yə cavab oyunu öncəsi mərhələ adlamaq şansını saxlamağa imkan verəcək. Heç-heçə daha yaxşı nəticə olardı. Ümid edirəm ki, komandamız ilk oyundan sonra mərhələ adlamaq şansını itirməyəcək".
