28 iyul 2016 11:45

Məhəmməd Mirzəbəyov: Lill səddini də keçə bilərik

"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- "Qəbələ" fransızlarla oyuna hazırdır?
- Bu oyuna ciddi hazırlaşmışıq. Fikrimcə, komanda tam hazırdır.

- Sizi Fransada hansı nəticə qane edəcək?
- Avroliqanın pley-offuna çıxmağımıza kömək edəcək istənilən nəticə.

- Səfərdə uğur qazanacağınıza inanırsınız?
- İstənilən kluba qarşı oynamaq, mərhələ keçmək olar. Biz də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- "Lill" üzərində qələbəni "Qəbələ"nin tarixində ən səs-küylü hadisə saymaq olar?
- Bizim üçün hər qələbə tarixidir. Ümid edirəm ki, qələbələrimizin sayını bu komanda ilə oyunlarda da artıra biləcəyik.

- Fransaya səfəriniz uzun çəkdi. Öncə Türkiyəyə, oradan Belçikaya, sonra da Lillə gəldiniz. Yorğunluq var?
- Əlbəttə, belə uzun yolçuluq həmişə komandaya təsirini göstərir.

- Rəqibin heyətində Eder kimi ulduz futbolçu var. Bu, sizi qorxutmur?
- Ederin bu komandada oynaması nəyisə dəyişmir. Bizim də Uiks, Dabo kimi futbolçularımız var. Ederin adı belə oyunlarda heç nəyi həll etmir. Ederi AÇ-yə kimi kim tanıyırdı ki? Heç kim. Sadəcə, AÇ-nin finalında Ronaldo, Kuarejma kimi futbolçular qol vura bilmədi, onda isə alındı. Bunun da sayəsində ulduza çevrildi. Bu üzdən də ondan çəkinməyə dəyməz. Biz meydana çıxıb, öz oyunumuzu sərgiləyəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.