28 iyul 2016 22:51

Qəbələ Fransadan heç-heçə ilə qayıdır

Bu gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi - “Qəbələ” də növbəti sınağına çıxıb. "Qırmızı-qaralar” Fransanın “Lill” klubunun qonağı olub.

Əvvəlki mərhələlərdə Gürcüstanın “Samtredia” və Macarıstanın MTK klublarını mübarizədən kənarlaşdıran Roman Qriqorçukun çalışdırdığı komandamız növbəti uğuruna imza atmaq istəyir. Amma bu dəfə rəqib daha güclü və ciddi komandadır.

Təmsilçimiz mərhələ adlamaq üçün öncə Fransadan sərfəli nəticə qayıtmalı idi. Belə olan halda bir həftə sonra Bakıda keçiriləcək cavab görüşündə növbəti mərhələyə vəsiqənin taleyinə aydınlıq gətirə bilər.

Qarşılaşmada hesabı Azərbaycan klubu açıb. Amma fasilədən dərhal sonra meydan sahibləri hesaba tarazlıq gətirə biliblər. 90 dəqiqə ərzində başqa qol olmadığından, görüş 1:1 hesabıyla bitib. Hər halda ümid etmək olar ki, "Qəbələ" səfərdəki bu uğurlu nəticənin davamını avqustun 4-də Bakıda keçiriləcək cavab görüşündə də gətirə və Avroliqanın pley-offuna vəsiqə qazana biləcək.

Avropa Liqası
Üçüncü təsnifat mərhələsinin ilk oyunu

28 iyul
 
"Lill” - “Qəbələ” - 1:1 (0:1)
Qollar: V.Vernidub, 13 (0:1). R.Mendeş, 47 (1:1).
Sarı vərəqə: F.Ozobiç, 42. S.Korşya, 43. N.Kvekveskiri, 44.
Hakimlər: Daniel Stefanski, Rafal Rostkovski, David İqor Qolis, Zbiqnev Dobrınin (hamısı Polşa).
Lill. “Pyer Morua” stadionu.

"Lill": 1. Vinsent Enyeama, 2. Sebastyan Korşya, 5. Renato Çivelli, 8. Munir Obbadi (9. Yassin Benzia, 27), 10. Morqan Amalfitano, 11. Erik Botok, 12. Julian Palmieri, 17. Markuş Lopeş, 20. Rayan Mendeş (31. İv Bissuma, 76), 24. Rio Mavuba (k) (6. İbrahim Amadu, 62), 25. Marko Başa.
Ehtiyat oyunçular: 16. Mayk Menyan, 15. Lenni Nanjis, 18. Frank Beriya, 23. Adama Sumaoro.
Baş məşqçi: Frederik Antonetti.
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç (44. Rafael, 76), 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov (11. Asif Məmmədov, 81), 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo (32. Rəşad Eyyubov, 90+3), 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 13. Murad Musayev, 34. Ürfan Abbasov.
Baş məşqçi: Roman Qriqorçuk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.