27 iyul 2016 22:00

Roman Qriqorçuk: Sabah futbol bayramının əsas qəhrəmanı olmaq istəyirik

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Fransanın "Lill" klubuna qarşı keçirəcəkləri ilk oyun öncəsi mətbuat konfransında fikirlərini bölüşüb. Azerisport.az sizi ukraynalı mütəxəssisin açıqlamaları ilə tanış edir.

- Komanda uzun yolçuluqdan sonra hansı vəziyyətdədi?
- Uçuş barədə danışmağın mənası yoxdur. Bunu artıq unutmuşuq. Oyuna qədər hər şey qaydasında olacaq. Komandada vəziyyət yaxşıdır. Buna tam əminəm.

- Rəqib baş məşqçi "Lill"in 70 faiz hazır olduğunu dedi. "Qəbələ" belə bir rəqibə qalib gələcək gücdədir?
- Onlar 30 faiz hazır olsaydılar, daha yaxşı olardı. O zaman bu, bizi qane edərdi. 70% hazır olan "Lill" isə bizim üçün böyük gücdür.

- Oyun kiçik stadionda keçiriləcək. Bis siz hansı arenada oynamaq istərdiniz?
- Əlbəttə, əsas stadionda oynamağımızı istərdim. Daha güclü futbol atmosferində çıxış etməyi hər kəs arzulayır. Amma digər stadionda da əsl futbol bayramı yaşanacağına əminəm. Biz öz növbəmizdə sabahkı bayramın əsas qəhrəmanı olmaq istərdik.

- "Qarabağ" ötən gün güclü rəqibi ilə oyunda bütün oyunu demək olar ki, müdafiədə keçirdi. "Qəbələ"nin də sabah belə oynayacağını gözləmək olar?
- Həmin oyuna tam baxmamışam, sadəcə, epizodlarını gördüm. Ona görə də "Qarabağ"ın oyununa qiymət verə bilmərəm. Ağdam klubuna sadəcə, növbəti mərhələyə vəsiqə qazanmağı və ÇL-in qrup mərhələsində oynamağı arzulayıram. Biz isə müdafiədə oturmağı planlaşdırmırıq. Biz də hücum etmək istəyirik. "Lill" ilə ilk oyunun nəcitəsi məhz bizim hücumda necə oynamağımızdan asılı olacaq. Düzgün, səliqəli, güclü oynamalıyıq.

- Rəqib barədə nə bilirsiniz, ən çox nədən çəkinirsiniz?
- Məncə, az məlumat toplamamışıq. Ehtiyatlanmaq? "Lill" güclü komandadı. Rəqib böyük sürətə malik yaxşı oyunçulara malikdir.

- Bu iki komandanı müqayisə etsək, hansı üstünlükləriniz və ya çatışmazlıqlarınız var?
- Bunu deyə bilmərəm. Mənə öz komandamı rəqiblərlə müqayisə etmək çətindir. Komandamdan razıyam. Qısa müddət ərzində böyük işlər görmüşük. Sabahkı oyun da bizim üçün bir testdir. Çoxdan idi belə sürətli rəqiblərə qarşı oynamırdıq. Başa düşürəm ki, çox çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.