27 iyul 2016 21:00

Frederik Antonetti: Qəbələ ilə oyunun favoriti deyilik

Fransanın "Lill" klubunun baş məşqçisi Frederik Antonetti Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb. Azerispot.az sizi onun bu gün baş tutan mətbuat konfransındakı açıqlamaları ilə tanış edir:

- Start heyətini müəyyənləşdirmisiz?
- Bəzi futbolçularımız zədəlidir. Onlar oyunu buraxacaqlar. Amma bütövlükdə ciddi itkimiz yoxdur.

- "Qəbələ" barədə nə deyə bilərsiniz?
- Rəqibin son oyununu izləmişəm. Çox yaxşı təşkilatlanmış komandadır. Güclü oyunçuları oyunçuları var. Aqressiv oyun sərgiləyirlər. Kapitanları çox yaxşı oynayır. Sabah bizə asan olmayacaq.

- Razısınız ki, "Lill" cütün favoritidir?
- "Lill" favoritdir? Mən favorit görmürəm. Çətin oyun olacaq. Mən "Lill"i cütün favoriti saymıram.

- Bəs siz "Qəbələ" ilə duelə hazırsınız?
- Xeyr. Bizim komandaya gec qoşulan futbolçularımız oldu. Zədəlilərimiz var. Sabah bizim üçün vacib gündür. Hazırda 70 faiz hazır olduğumuzu söyləyə bilərəm. Daha bir həftə vaxtımız olsaydı, onda vəziyyət daha yaxşı ola bilərdi.

- Gərgin qrafik olduğunu nəzərə alsaq, Avroliqaya necə hazırlaşırsınız?
- Problemlər var. AÇ gec yekunlaşdı. Buna görə biz də tam hazırlaşa bilmədik. Vaxtımız az idi.

- "Qəbələ"ni Fransa çempionatında çıxış edən klublarla müqayisə edə bilərsiniz?
- Rəqibin səviyyəsi barədə danışmaq çətindir. Çünki onları o qədər də yaxşı tanımıram. Cəmi dörd oyununu izləmişəm. Heyətində güclü futbolçuların olduğunu bilirəm. Bir də yaxşı oyun ritmi var.

- Sabahkı oyunda sürpriz ola bilər?
- Bunu deyə bilmərəm. Bircə onu bilirəm ki, çətin oyun olacaq.

- Avroliqa "Lill" üçün nə dərəcədə önəmlidir?
- Avroliqa bizim üçün vacibdir. Biz bu turnirə vəsiqə qazanmaq üçün çox çalışmışıq. İndi də ölkəmizi layiqli təmsil etmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.