27 iyul 2016 14:30

Tomaş Qorjava: Qarabağ elə də inamlı çıxış etmədi

Çexiyanın "Viktoriya" klubunun yarımmüdafiəçisi Tomaş Qorjava Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan (0:0) sonra bəzi sualları cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.

- Qolsuz heç-heçəni necə şərh edərdiniz?
- Fikrimcə, heç-heçəyə baxmayaraq, şanslar elə əvvəlki kimi qalmaqdadır. Hər iki komandanın mərhələ adlamaq şansı bərabərdir.

- Baş məşqçi Roman Pivarnik qapıya az zərbə vurmağınızdan narazılığını dilə gətirdi. Onunla razısınız?
- Əlbəttə. Rəqib qapısına daha çox zərbə endirməliydik. Təəssüf ki, endirdiyimiz zərbələrin də əksəri qeyri-dəqiq oldu, top qapıya getmədi. Əslində, qol vurmaq üçün az imkanımız olmadı. Sadəcə, qol vurmağı bacarmadıq.

- Yoxlama oyunlarını da nəzərə alsaq, son dövrlər qol şanslarından yararlana bilməməyinizin səbəbi nədir?
- Bizim yaxşı hücumçularımız var. Fikrimcə, zamanla vəziyyət yaxşılaşacaq. Onların növbəti oyunlarda daha çox qol vuracağına inanıram.

- Deməli, komanda hələ oyun ritmini tuta bilməyib?
- Dəqiq. Artıq indidən nəticələrimizin yaxşı olması üçün isə daha yaxşı köklənməyimiz lazımdır.

- Səncə, "Qarabağ" Bakıda Plzendəkindən fərqli oyun sərgiləyəcək?
- Mümkündür ki, onlar doğma azarkeşlərinin gözü qarşısında daha inamlı oynasınlar. Amma bütövlükdə elə belə oynayacaqlarını düşünürəm. Bizim meydanımızda onlar elə də inamlı təsir bağışlamırdılar. Rəqibin bir sıra səhvləri də oldu, amma onlardan yararlana bilmədik.

- Bakıda daha çox hücum edəcəklərini gözləmək olar?
- Fikrimcə, elə olmayacaq. Mən "Qarabağ"dan hücum xarakterli oyun gözləmirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.