27 iyul 2016 12:30
Cəfərov oynamadı, Tondela qalib gəldi
Portuqaliyanın "Tondela" klubu yeni mövsümə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası yerli "Maritimo" ilə qarşılaşıb.
Bol qollu görüş "Tondela"nın qələbəsi ilə başa çatıb - 4:3. Cəfərov bu matçın iştirakçısı olmayıb.
