26 iyul 2016 18:20

Vüqar Nadirov: Qarabağa Viktoriya ilə oyunda kömək etməyə hazıram

"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi

- Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Çexiya "Viktoriya"sı ilə oyunlar üçün açıqlanan iştirak ərizəsinə sizin də adınız daxil edildi. Sizi bu gün baş tutacaq ilk oyunda görə biləcəyik?
- Təxminən 10 gündür məşq edirəm. Əlbəttə, "Viktoriya"ya qarşı oynamaq istərdim. Qurban Qurbanov şans versə, meydana çıxmağa, "Qarabağ"a kömək etməyə hazıram.

- Reynaldo və Mahir Mədətovla rəqabətdə özünüzü nə dərəcədə şanslı sayırsınız?
- Reynaldonun bacarığı hər kəsə yaxşı bəllidir. Mahir də gənc, perspektivli futbolçudur. Yaxşı gələcəyi var. Mən də özümü yaxşı tərəfdən göstərməyə çalışacağam. Bu rəqabət komandanın xeyrinə olacaq.

- "Qarabağ"ın iki il öncə "Viktoriya"ya qarşı keçirdiyi yoxlama oyunu yadınızdadır?
- Yadımdadır. Həmin vaxt rəqibin intizamlı komanda olduğu diqqətimizi çəkmişdi. İndi həmin heyət dəyişib. "Viktoriya" ciddi komandadır. Bu rəqiblə oyuna məsuliyyətlə yanaşırıq.

- "Qarabağ"a qayıtmağınız maraqlı oldu. Necə baş verdi?
- Bu, əksər insanlar üçün həm maraqlı, həm də gözlənilməz oldu. Amma mən evimə dönmüşəm. Özümü burada yaxşı hiss edirəm. "Qarabağ"la Avroliqanın qrup mərhələsində oynamışam. Yenidən həmin hissləri yaşamaq istəyirəm. Ümid edirəm ki, elə də olacaq.

- Qurban Qurbanov sizi necə qarşıladı?
- "İnter"dən ayrılandan sonra onunla danışdım. Elə oldu ki, yenidən 6 il oynadığım komandaya qayıtdım. Buna görə şadam.

- Bəs rəhbərlik?
- Rəhbərlik də əla qarşıladı. "Evinə xoş gəlmisən, Vüqar", dedilər. Hələ Tahir Gözəli görməmişəm. Yəqin ki, o da eyni sözü deyəcək.

- Başqa təkliflər var idi?
- Xeyr.

- "Qarabağ"ı tərk edəndə Qurban Qurbanovla münasibətlərinizin pozulduğuna görə klubdan getdiyiniz deyilirdi...
- Heç bir komandada kiminləsə problemim olmayıb. Çünki problemli adam deyiləm. Qurban Qurbanovla da problemim olmayıb. Ona həmişə hörmət etmişəm. Münasibətimiz də əla olub.

- "Qarabağ"a qayıtmağınız yığmaya da yolunuzu aça bilər?
- Öncə hələ "Qarabağ"da etimadı doğrultmalıyam. Ondan sonra yığmadan dəvət gözləmək olar.

- "Qarabağ"dan sonra "Xəzər Lənkəran"da, "Qəbələ"də, "İnter"də oynadınız. Hansında daha rahat idi?
- Hər üç klubda yaxşı futblçular, dostlarım var. Amma mən "Qarabağ"ın oyun tərzinə alışmışam. Qurban Qurbanov nəsə demək istəyəndə artıq onun nə istədiyini başa düşürəm.

- Çempionatın yeni mövsümündə ilk matçınız "İnter"ə qarşı olacaq...
- "Qarabağ"ın ilk turda keçmiş komandama qarşı oynaması da qismətdir. Oradakı uşaqların hamısını tanıyıram. Ümid edirəm ki, uğurlu nəticə qazanarıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.