26 iyul 2016 16:45
Prosineçki məşqçilərimizi Çexiya və Fransaya göndərdi
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki köməkçilərini "Qarabağ" və "Qəbələ"nin səfər oyunlarına göndərib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun Çexiya "Viktoriya"sı ilə səfər oyununu Elxan Abdullayev izləyəcək.
"Qəbələ"nin Fransanın "Lill" klubu ilə qarşılaşmasını isə Mahmud Qurbanov izləyəcək.
