26 iyul 2016 14:20
Yeni mövsümdə bu toplardan istifadə olunacaq
Topaz Premyer Liqasının yeni mövsümündə istifadə olunacaq toplar təqdim olunub. Azerisport.az xəbər verir ki, elita klubları "Adidas Beau Jeu" toplarından istifadə edəcəklər.
Qeyd edək ki, bir müddət öncə baş tutan Fransadakı Avropa çempionatında da məhz bu toplardan istifadə olunurdu.


