26 iyul 2016 12:00

Vəli Qasımov: Bu vəziyyətdən alnıaçıq, üzüağ çıxacağıq

Son günlər ictimaiyyətdə, xüsusilə də sosial şəbəkələrdə “Neftçi”nin Avropa Liqasındakı çıxışı və hazırkı durumu müzakirə mövzusudur. Azerisport.az xəbər verir ki, azarkeşlərin çoxsaylı suallarını nəzərə alaraq klub saytı komandanın baş məşqçisi Vəli Qasımovdan müsahibə alıb:

- Əvvəlcə komandanın Avropa Liqasındakı çıxışı barədə danışmağınızı istərdik.
- Əvvəldən də qarşıya məqsəd qoymuşduq ki, iki mərhələ keçək. “Baltsan”la səfər qələbəsindən sonra cavab matçında müəyyən arxayınlıq oldu. İkinci mərhələdə rəqibimiz olan “Şkendiya” klubunun səviyyəsi bəlli idi. Komandanın heyətinin yarısı Makedoniya millisinin üzvüdür. Polşanın “Krakovya” klubu ilə hər iki oyunda inamlı qələbə qazandılar. Polşalılara iki oyunda 4 qol vurdular. Bu komandanın hücum xəttinin daha güclü olduğunu bildiyimiz üçün oyunu müdafiədə daha diqqətli olmağa çalışdıq. Əsasən səfər oyununda əlimizə düşən şanslardan yararlana bilsəydik, mərhələni keçən tərəf biz olacaqdıq. Amma bu futboldur, nəticə hər dəfə istədiyimiz kimi olmur.

- “Şkendiya” ilə oyundan sonra azarkeşlər komandanı aeroportda qarşıladı...
- Onların bizi qarşılayacağını hələ Makedoniyada olanda bilirdik. Nəticə tələb etmək azarkeşin haqqıdır. Düzdür, bunu daha sakit tərzdə eləmək olar. Sadəcə, həmin anda emosiyaları cilovlamaq çətin idi. Biz həmişə azarkeşlərə açıq olmuşuq. Nə sözləri, təklifləri varsa, soyuq başla görüşüb bir-birimizi dinləyə bilərik.

- Azarkeşlərin əsas etirazı hücum xəttinə futbolçunun alınmaması ilə bağlıdır.
- Biz mövsüm başa çatan kimi müdafiəni gücləndirməyi düşündük. Çünki 2-3 müdafiəçi ilə hazırlaşmağımız düzgün olmazdı. “Baltsan”la oyuna yeni hücumçu sifariş etmək fikrimiz var idi, amma almaq istədiyimiz qapıçı tibbi baxışdan keçə bilmədiyi üçün digər qapıçı axtarışına başlamalı olduq. Bu da bizə vaxt baxımından çətinlik yaratdı. Danışıq apardığımız hücumçular isə son anda başqa komandalarla anlaşdılar. Bəzi hallarda isə istədiyimiz futbolçuya görə böyük məbləğ tələb edildi. İndiki vəziyyətdə o transferi reallaşdırmaq olmazdı. Məsələn, Jairo və Aylton ötən mövsüm bizə transfer olunanda hər kəs tərəfindən tənqid olunurduq. Hazırda Jairo oyunu ilə azarkeşlərin də sevgisini qazanıb. Aylton isə “Neftçi”də çıxış etdikdən sonra Portuqaliya klubuna transfer olundu. Biz onunla danışıqlar aparsaq da, Aylton karyerasını düşünərək təbii olaraq Portuqaliya çempionatında oynamağı seçdi. Özü də Aylton bizim təklif etdiyimiz qiymətin yarı miqdarı qarşılığında “Eştoril”lə razılaşdı.

- Yeni transferlərin oyunu azarkeşlər tərəfindən birmənalı qarşılanmadı. Bəyənənlər də oldu, tənqid edənlər də...
- Yeni transferlərimizin biri qapıçı, ikisi müdafiəçi, digər ikisi isə dayaq yarımmüdafiəçisidir. Adətən bu mövqelərdə çıxış edən futbolçular hücumçular qədər diqqət mərkəzində olmur. Qapıçı Krşevan Santini keçirdiyimiz oyunlarda yaxşı təsir bağışladı. Düşünürəm ki, o bizə çox faydalı olacaq. Vançe Şikov Makedoniya millisinin aparıcı üzvlərindən biridir, Avstriya çempionatında çıxış edib. “Şkendiya” ilə oyunda ikiqat şanssızlıq yaşadı. Top uğrunda mübarizədə həm ayağı sındı, həm də mənim fikrimcə, layiq olmadığı qırmızı vərəqəni aldı. Dario Melnyakın da oyunundan razıyam. Təbii ki, futbolçunun tam uyğunlaşması üçün müəyyən vaxta da ehtiyac var. Edson Kastilyo isə gənc olması ilə yanaşı, ilk dəfədir ki, legioner həyatı yaşayır. Uyğunlaşma ilə bağlı müəyyən problem ola bilər. Məncə, Murad Ağayev də getdikcə daha yaxşı oyun sərgiləcəyək. Komanda hazırda gözlədiyim səviyyədə olmasa da, qısa müddətdə istədiyimiz heyəti formalaşdıracağıq.

- Komandaya yeni transfer gözlənilirmi?
- Transferlər təkcə Avropa Liqası üçün deyil, bütün mövsüm üçün edilir. Burada tələsik qərar vermək olmaz. Yanlış oyunçu seçimi sonradan klubun ziyanına işləyə bilər. Elə futbolçu transfer etməliyik ki, komandaya faydalı olsun.

- “Baltsan”la cavab oyunundan sonra azarkeşlərdə ümidsizlik yaranmışdı...
- Bu mövsüm mükafatlara iddialı bir “Neftçi” görəcəksiz. Həm ölkə kubokunda, həm də çempionatda yüksək yerlər uğrunda oynayacağıq. Ötən mövsüm AZAL klubundan 9 xal geridə idik. O zaman avrokuboklara vəsiqə qazanaca biləcəyimizi düşünənlər az idi. Lakin biz çətin vəziyyətdə toparlanaraq bu tapşırığın öhdəsindən gəldik. İndi də müəyyən çətinliklərimiz var, amma biz bu vəziyyətdən alnıaçıq, üzüağ çıxacağıq.

- Azarkeşlər öz rəylərində futbolçuların oyunundan razı qalmadıqlarını və sizin onların tərəfini saxladığınızı bildirir...
- Mənim də həm ölkədə, həm də xaricdə futbolçu karyeram olub. Peşəkar məşqçi futbolçularına hər zaman dəstək olmalıdır. Uduzmuşuqsa, bəhanə axtarmaq istəmirəm. Mən hər zaman futbolçuların tərəfini saxlayacağam. İstəmirəm ki, onlar bədbinliyə qapılsınlar. Belə olsa, nəticə də qazanmaq mümkün olmaz. Unutmayaq ki, bu futbolçularla biz ölkə kubokunun finalında oynamışıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.