25 iyul 2016 18:00
Abışov: Premyer Liqanın ilk oyununa kimi yaxşı forma toplamaq istəyirik
"İnter"in müdafiəçisi Ruslan Abışov komandanın Türkiyə toplanışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Toplanış yaxşı keçir. Sabah vətənə qayıdacağıq. Komandamız hər oyunda daha yaxşı təsir bağışlayır. Səhvlər var. Amma onların üzərində çalışırıq. Ötən gün "Gənclərbirliyi" ilə oyunda da yaxşı oynadıq. Premyer Liqanın yeni mövsümündəki ilk oyuna qədər yaxşı forma toplamağa çalışırıq".
