25 iyul 2016 17:30

Budaq Nəsirov: Sevincdən özümdə deyildim

Portuqaliyanın "Sportinq" klubuna transfer olunan Budaq Nəsirov bu keçidlə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında öncə bunları söyləyib:

"Burada olduğum üçün çox şadam. Komandaya kömək etməyi çox istəyirəm. Klubun məni istəməsi, transfer etməsini yüksək qiymətləndirirəm. Agentimə də minnətdaram ki, uzun müddət mənim üçün belə bir imkan axtardı. Sevincimdən özümdə deyildim. Çünki "Sportinq" Avropanın ən böyük klublarından biri hesab olunur".

20 yaşlı xavbek portuqal dilini bilməsə də, tezliklə onu öyrənməyə çalışacağını bəyan edib: "Meydanda öz keyfiyyətlərimizi nümayiş etdirməyə çalışacağam. Məni tanımayanlara onu demək istərdim ki, məşqlərimizə, oyunlarımıza gəlsinlər və necə olduğumu meydanda öz gözləri ilə görsünlər".

Nəsirov həmçinin komandaya faydalı olmaq üçün əlindən gələni edəcəyini bildirib: "Ona söz verə bilərəm ki, meydanda özümü daim yaxşı tərəfdən göstərməyə, yüz faiz güc sərf etməyə çalışacağam. Bu, istər məşqlərə, istər yoxlama oyunlarına, istərsə də rəsmi matçlara aiddir. Öz üzərimdə həmişə ürəkdən çalışmışam və meydanda var gücümü qoymuşam".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.