25 iyul 2016 15:00

Bədavi Hüseynov: Kəpəz və Neftçinin də mərhələ adlayacağını düşünürdüm

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- ÇL-in üçüncü təsnifat mərhələsində Çexiya çempionu "Viktoriya"ya qarşı keçirəcəyiniz oyunlarda "Qarabağ"dan nə gözləyək?
- "Viktoriya" ikinci raundda mübarizədən kənarlaşdırdığımız "Düdelanj"dan ikiqat güclüdür. Çexlər bizə heç bir səhvi bağışlamayacaq. Bizim üçün səfərdəki ilk oyunda qol buraxmamaq çox vacibdir. "Viktoriya" təcrübəli komandadır. Ölkə çempionatında daim yüksək yerlər uğrunda mübarizə aparır. Bütün bunları nəzərə alsaq, bizi çətin oyunlar gözləyir.

- Lüksemburq "Düdelanj"ı ilə səfər oyununda hamı sizdən qələbə gözləyirdi. Amma siz məğlubiyyətdən çətinliklə yaxa qurtardınız...
- Gözlədiyimiz kimi, ağır oyun oldu. Rəqibin ilk dəqiqələrdən pressinq edəcəyini bilirdik. "Düdelanj"ın itiriləsi heç nəyi yox idi. Təəssüf ki, ilk yarıda istədiyimiz kimi oynaya bilmədik. Amma fasilədən sonra oyunumuzu düzəltdik, daha çox hücum etdik və sonda lazım olan qolu vurduq.

- Şehiç penaltini qaytara bilməsəydi, "Qarabağ" üçün hər şey daha pis nəticələnə bilərdi...
- Bəli, Şehiç penaltini qaytarmaqla uğurda pay sahibi oldu. Bizim üçün ilk yarıda qol buraxmamaq çox vacib idi. İkinci hissədə isə komandamız əls xarakter göstərdi.

- Hakimin penalti qərarı doğru idi?
- Müəyyən qədər şübhəli qərar idi. Rəqibə toxunuş var idi və o, özünü qazona atdı.

- Şehiçin penaltini dəf edəcəyinə inanırdınız?
- O, penaltidən bizi ilk dəfə xilas etmirdi. Bu dəfə də öz səviyyəsini göstərdi.

- "Qarabağ"ın hələ tam hazır olmadığını deyə bilərik?
- Bəli. "Düdelanj"la oyunlar da göstərdi ki, hələ üzərində çalışmalı olduğumuz çox iş var.

- Sizə elə gəlmir ki, "Düdelanj"ı keçə bilməsəydiniz, azarkeşlərin böyük narazılığı ilə üzləşəcəkdiniz?
- Buna nail olmasaydıq, hamı narazı qalacaqdı. Amma xoşbəxtlikdən mərhələ adlaya bildik.

- "Qarabağ"la yanaşı, avrokuboklarda mübarizəni yalnız "Qəbələ" davam etdirir...
- Çox təəssüf ki, "Kəpəz"lə "Neftçi" mərhələ adlaya bilmədi. Düzünü deyim ki, onların da Avroliqanın üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacağını düşünürdüm. Çünki onlar rəqiblərindən heç nədə geri qalmırdı. "Qəbələ"yə Fransa "Lill"i ilə mübarizədə uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.