25 iyul 2016 11:40

Tahir Süleymanov: Neftçi Qəbələdən nümunə götürsün

"Neftçi"nin sabiq vitse-prezidenti Tahir Süleymanovun azerisport.az saytına müsahibəsi

- "Neftçi" və "Kəpəz"in avrokuboklarda mübarizəni dayandırmasını necə qarşıladınız?
- "Kəpəz"lə "Neftçi" ölkənin ən böyük klublarından hesab olunur. Amma bu klublar tamamilə fərqli şəraitə, imkana malikdilər. "Kəpəz" elitaya yenicə qayıdıb, büdcəsi də azdır. Ona görə də Gəncə klubundan daha böyük uğur gözləməyə dəyməzdi.

- Amma "Neftçi"dən əksinə?
- Bakılılar da avrokuboklara çempionatda altıncı yeri tutmaqla qatılmışdılar. Mövsümün sonunda legionerlərin bir hissəsini yola saldılar. Halbuki, onları da özləri dəvət etmişdilər. Komanda bu yay yenidən yığılsa da, yeni gələn legionerlər də ümidləri doğrultmadılar. Vəli Qasımov tez-tez oyunçu çatışmazlığından gileylənir. Hörmətli Çingiz Abdullayev də təsdiq edir ki, transferlərlə o məşğul olmasa da, sponsor öz öhdəliyini yerinə yetirir və bu baxımdan problemləri yoxdur. Sponsor öz öhdəliyini yerinə yetirirsə, o zaman heyətlə bağlı problemlərə görə kimsə hesabat verməlidir. İlyarım ərzində dörd məşqçi dəyişib. Bu klubda hər şey məşqçidən asılı deyil. Uğursuz çıxışa görə yalnız Vəli Qasımovu qınamaq olmaz.

- Sizcə, "Zirə" və "İnter" avrokuboklara qatılsaydı, daha uğurlu ola bilərdilər?
- Onların nə dərəcədə uğurlu olacağını söyləmək çətindir. Amma fakt odur ki, hər halda bu iki klub daha güclü idi. Hələ ki, avrokuboklarda uğur qazanan komandalar Müşahidə Şurası olmayan klublardır. Nəticə çıxarın. Düzdü, bu təcrübə bütün dünyada var, amma bizdə özünü doğrultmur. "Neftçi"nin uğursuzluğu hətta azarkeşlərini də ayağa qaldırıb. Təcili tədbirlər görülməsə, bu klub qarşıdakı illərdə daha acınacaqlı vəziyyətə qala bilər.

- Çıxış yolu kimi nə təklif edirsiniz?
- Düzgün seleksiya işi aparmaq lazımdır. Vançe Şikov Makedoniya yığmasının üzvü ola bilər, amma o, "Neftçi" səviyyəsində futbolçu deyil. Vaxtilə bizə də Yunanıstan yığmasının üzvünü təklif etmişdilər, amma onun yerinə Bruno Bertuççini aldıq. Onun necə çıxış etdiyini azarkeşlər yəqin ki, hələ bir neçə il unutmayacaq. Şikovla bağlı dediklərim Dario Melnyaka, Edson Kastilyoya da aiddir. Onların əvəzində Elvin Bədəlovla Rahil Məmmədov oynasaydı, daha yaxşı olardı. Seleksiya baxımından "Neftçi" "Qəbələ"dən nümunə götürsə, yaxşı olar.

- "Qəbələ"dən söz düşmüşkən, Fransanın "Lill" klubunu keçəcəklərinə inanırsınız?
- Aleksey Qayla Aleksey Antonovun gedişi komandaya təsir etməyib. Hətta Dodonun da ayrılması vəziyyətin pisləşməsinə səbəb olmadı. Əksinə, komandaya yaxşı legionerlər cəlb olunub. Rəşad Sadiqov yaxşı forma yığıb. Transfer siyasəti uğurludur. Düzdür, müdafiə xəttində problemləri qalır. Amma "Qəbələ"nin rəqiblərindən çəkinməməsi sevindirir. "Lill"lə də bərabər səviyyəli oyun olacaq. Niyə də fransızları keçməsinlər?

- Bəs Çexiya çempionu "Viktoriya" ilə qarşılaşacaq "Qarabağ"dan nə gözləyirsiniz?
- Bu rəqibi keçmək olar. "Qarabağ"ın Lüksemburq "Düdelanj"ına qarşı o qədər də parlaq oyun sərgiləməməsinə görə pessimizmə qapılmaq olmaz. Ola bilsin hazırlıq prosesi elə təşkil olunub ki, komanda pik formaya məhz 3-cü təsnifat mərhələsinin oyunlarında yüksələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.