25 iyul 2016 11:20
Kəpəz divizion klubuna qalib gəldi
“Kəpəz”in əvəzedici komandası növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun ikinci komandası səfərdə birinci divizion təmsilçisi "Şəmkir"lə qarşılaşıb.
Yerli Olimpiya İdman Kompleksinin meydançasında keçirilən oyun “sarı-göylər”in minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
İki günlük istirahətə buraxılan əvəzedicilər iyulun 27-də məşqlərə başlayacaq. Komanda bundan iki gün sonra Qəbələdə “Qarabağ”ın əvəzedici heyəti ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
