24 iyul 2016 15:30

Tadas Simaitis: Avropa Liqası bizim üçün böyük təcrübə oldu

"Kəpəz"in qapıçısı Tadas Simaitisin azerisport.az saytına müsahibəsi

- "Kəpəz" Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriya "Admira"sına hər iki oyunda uduzaraq, mübarizəni dayandırdı. Bu uğursuzluğa nə səbəb oldu?
- Pis oynamadıq. Sadəcə, bir az bəxtimiz gətirmədi. Həm də "Admira" necə güclü komanda olduğunu göstərdi. Fikrimcə, Bakıda Avstriyadakından daha yaxşı çıxış etdik. Bəxtsizlikdən əlavə, uşaqlarda yorğunluq da var idi. Qol buraxdıqdan sonra isə bizə daha da çətin oldu. Amma biz sonadək var gücümüzlə mübarizə apardıq.

- Sanki "Kəpəz"in oyunçularında inamsızlıq var idi...
- Mən belə düşünmürəm. Sadəcə, "Admira"ya qarşı açıq futbol oynamaq olmazdı. Diqqətli çıxış etməyə məcbur idik. Qol buraxmamağa çalışırdıq. Amma bu vəzifənin öhdəsindən gələ bilmədik.

- Səfərdəki oyundan sonra çox yorğunluq vardı?
- Bəli, yorğunluq var idi. Amma eyni sözləri rəqib haqda da demək olar. Sadəcə, Avstriya klubu əks-hücumlarda çox yaxşı təsir bağışlayırdı. Elə bundan da yararlanıb, bizə qalib gəldilər. Belə sürətli futbol sərgiləyən komandaya qalib gəlmək asan məsələ deyildi.

- "Kəpəz"ə bu dəfə sanki Adlan Şişxanov (Moldovanın "Daçiya" klubunun baş meneceri) kimi rəqib klub rəsmisi lazım idi ki, motivasiyanız daha güclü olsun...
- (gülür) Şişxanov kimi, "Admira"nın da prezidenti mənim üçün maraqlı deyildi. Mənim üçün daha çox öz oyunumuz vacibdir. Yeri gəlmişkən, "Admira" elə bir komandadır ki, aşkar lideri yoxdur. Ulduz futbolçusu olmasa da, çox yaxşı komplektləşmiş heyəti var. Mənə elə gəlir ki, "Admira" hətta Çexiya "Slovan"ını da keçəcək.

- Buraxdığınız hər iki qol demək olar ki, oxşar idi...
- Bəli, hər iki qolu rəqib futbolçular təkbətək çıxıb vurdular. Komandama kömək etmək üçün əlimdən gələni etdim. Amma belə epizodlarda qapıçıya çox çətin olur.

- "Kəpəz" avrokuboklara görə mövsümə tez başlamışdı. Bunun Premyer Liqanın yeni mövsümündə sizə faydası çox olacaq, ya ziyanı?
- Mənə elə gəlir ki, bu, ancaq xeyrimizə işləyəcək. Çempionat öncəsi belə çətin oyunlar keçirdik. İstirahət üçün az vaxtımız var. Sonra yenidən hazırlığa başlayacağıq. Avropa Liqası bizim üçün böyük təcrübə oldu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.