23 iyul 2016 15:00

Rəhman Hacıyev: Neftçi bu şansdan yararlana bilmədi

"Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Makedoniya "Şkendiya"sına qarşı keçirdikləri cavab oyunundan (0:1, ilk oyun 0:0) azerisport.az saytının suallarını cavablandırıb:

- Oyun barədə nə deyə bilərsiniz?
- Rəqibimiz güclü komanda idi. Biz çətin oldu. Bir səhv qol buraxmağımıza, eyni zamanda mübarizəni dayandırmağımıza səbəb oldu. Buraxılan qolun əvəzini çıxmaq istəsək də, Vançe Şikovun qırmızı vərəqə alması işimizi daha da çətinləşdirdi. Qol vəziyyətlərimiz olsa da, yararlana bilmədik. Onların ən azı birindən yararlana bilsəydik, mərhələ keçəcəkdik.

- Öz oyununuzdan razı qaldınız?
- Xeyr. Bu, mənim oyunum deyildi. Xəstə idim, yenicə sağalmışdım. Ola bilsin ki, yaxşı çıxış etməməyim bununla əlaqədar idi. Oyundan öncə cəmi bir neçə məşqə çıxmışdım.

- Bəs baş məşqçi niyə oyuna tam hazır olmayan futbolçuları meydana buraxır ki?
- Tam hazır olmadığımı deməzdim. Sadəcə, az məşq etmişdim.

- Bu uğursuzluğa görə klub rəhbərliyinə hansısa jest etməyi düşünürsünüz? Məsələn, bir aylıq maaşınızdan imtina etməyi...
- Buna qoy rəhbərlik qərar versin. Bizim kapitanımız, baş məşqçimiz var. Onlar daha yaxşı bilər.

- Avrokubok mövsümünü uğursuz adlandırmaq olar?
- Bəli, təəəssüf ki.

- "Neftçi" onsuz da çempionatda avrokuboklara vəsiqə verən yeri tuta bilməmişdi. Sizə elə gəlmir ki, məhz buna görə komandadan ciddi uğur gözləməyə dəyməzdi?
- Bu, bizim üçün bir şans idi. Təəssüf ki, bu şansdan yararlana bilmədik.

- Bu heyətlə yeni mövsümdə nəyə ümid edirsiniz?
- Komandada dəyişiklik çoxdur. Ehtiyatdakı oyunçularımızın çoxu gənclərdir. Çatışmazlıqlar var. Amma inanıram ki, çempionata qədər hər şey qaydasına düşəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.