23 iyul 2016 12:00

Rəşad Sadiqov: Qəbələ bu mövsüm daha keyfiyyətli oyun sərgiləyir

"Qəbələ"nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstan MTK-sı üzərindəki qələbədən (2:0, ilk oyun 2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Macarlarla Bakıdakı görüşü necə şərh edərdiniz?
- Çətin oyun oldu. Rəqib pis komanda deyildi. Amma biz onlardan daha təcrübəliydik. İkinci hissədə daha çox qol vura bilərdik. İstənilən halda mərhələ adladığımız üçün şadam.

- Siz özünüz də qol vurmağa yaxın oldunuz...
- Qol vurmağı çox istəyirdim. Mənə rekordçu olmaq üçün cəmi bir qol lazımdır. Əslində, avrokuboklarda 8 qol vurmuşam, amma UEFA onlardan birini saymayıb.

- "Qəbələ" fasilədən sonra niyə tempi aşağı saldı?
- Sadəcə, sakit oynamağa qərar verdik. Nəticə artıq xeyrimizə olduğuna görə, topu özümüzdə saxlamağa çalışırdıq. Özümüzü çox da yormağa ehtiyac qalmamışdı.

- Növbəti rəqib Fransanın "Lill" klubudur...
- Fikrimcə, bu komanda barədə əlavə nəsə danışmağa ehtiyac yoxdur. "Lill"i onsuz da hər kəs yaxşı tanıyır. Amma biz hələ rəqibi analiz etməmişik.

- Rəqibin adlı-sanlı olması psixoloji baxımdan problem yaratmayacaq?
- Belə rəqiblərlə oyunlarda əlavə motivasiyaya ehtiyac olmur. Ona görə də "Lill" adının özü bizim üçün motivasiyadır.

- Bu komandanı keçməyiniz realdır?
- Mərhələ adlamaq istəyirik. Amma yalnız istəklə uğur qazanmaq olmur. Bunun üçün mübarizə aparmaq lazımdır. Eyni zamanda taktiki, fiziki, texniki baxımdan da tam hazır olmaq lazımdır. "Qəbələ" bu mövsüm daha keyfiyyətli futbol sərgiləyir. Amma "Lill" də ötən il keçdiyimiz "Apollon", "Panatinaikos" deyil. Fransa klubu daha güclü, ciddi rəqibdir. İstənilən halda öz gücümüzə inanırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.