23 iyul 2016 00:10
Elnur Cəfərov Tondelada daha bir oyun keçirdi
Portuqaliyanın "Tondela" klubu daha bir yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası yerli "Qafanya" ilə qarşılaşıb.
Oyun "Tondela"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Elnur matçın 33-cü dəqiqəsində, hesab 0:1 olarkən daxil olub.
