22 iyul 2016 19:00
AFFA Media Komitəsi ən yaxşı jurnalistlərin adını açıqladı
Bu gün AFFA Milli Mətbuat günü ilə əlaqədar tədbir keçirib. Azerisport.az xəbər tədbirdə idman jurnalistləri təbrik edilib.
Mərasimdə həmçinin AFFA Media Komitəsi müxtəlif nominasiyalar üzrə qalib olmuş jurnalistlərin də adını açıqlayıb. Bunlar Şakir Yaqubov, Ruslan Mikayıllı, Qəmbər Cəlilov, Aslan Şahgəldiyev, Elçin Cəlilov, Sərxan Musayev, Elnur Məmmədlidir.
Qeyd edək ki, Ruslan Mikayıllı azerisport.com saytının əməkdaşıdır.
