22 iyul 2016 15:00
Qəbələnin rəqibi Belçika klubuna qalib gəldi
"Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi - Fransanın "Lill" klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Belçikanın "Vasland Beveren" klubu ilə qarşılaşıb.
Matç fransızların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu Erik Boatek vurub.
Qeyd edək ki, "Qəbələ"nin "Lill" ilə ilk oyunu iyulun 28-də baş tutacaq.
