Serjinyo: Kəpəz artıq Premyer Liqa barədə düşünməlidir
"Kəpəz"in yarımmüdafiəçisi Serjinyo Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Avstriyanın "Admira" klubuna məğlubiyyətləri şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Admira" səddini də keçməyi istəyirdik. Amma alınmadı, məğlub olduq. Halbuki, biz daha yaxşısına ümidli idik. Hərdən oyunun alınmadığı anlar olur. Xüsusilə də birinci hissədə. Fasilədən sonra yaxşı oynadıq, qol vəziyyətlərimiz də oldu. Təəssüf ki, onları da boşa verdik. Avroliqanın üçüncü təsnifat mərhələsinə vəsiqə qazanmağı, Çexiya "Slovan"ı ilə mübarizə aparmağı hamımız istəyirdik. Alınmadı. Artıq avrokuboklar mövsümü bizim üçün başa çatdı. Avrokuboklarda iştirak etdiyimiz üçün çox şadam. Amma bundan sonra çempionat barədə düşünməliyik".
