22 iyul 2016 14:20

Teo Uiks: Avroliqanın qrup mərhələsində oynamaq istəyirik

"Qəbələ"nin hücumçusu Teo Uiks Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın MTK klubuna qarşı keçirdikləri cavab oyunundan (2:0, ilk oyun – 2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Razısınız ki, qələbəni elə də çətinlik çəkmədən əldə etdiniz?
- Xeyr, bununla razı deyiləm. Kənardan necə göründüyünü deyə bilmərəm, amma qələbə asan başa gəlmədi. Heç kim "Qəbələ"nin asanlıqla mərhələ keçdiyini deyə bilməz.

- Birinci təsnifat mərhələsində keçdiyiniz Gürcüstan "Samtredia"sı güclü idi, ya MTK?
- Mənə elə gəlir ki, Gürcüstan klubu daha güclü idi. "Samtredia"nın heyətində çoxlu gənc futbolçu var idi. Onlar bir dəqiqə də dayanmırdılar. MTK da yaxşı komandadır. Amma gürcülərdən geri qaldıqlarını düşünürəm.

- Növbəti rəqib Fransanın "Lill" klubudur. Bu komanda ilə oyunlarda şanslarınız barədə nə düşünürsünüz?
- İndi əksəriyyət bizim şansımızın az olduğunu düşünür. Çünki "Lill" güclü komandadır. Amma "Qəbələ"nin bu rəqibi keçə bilməyəcəyini düşünənlərlə razılaşmıram. Bizim şansımız var. Toparlanmaq və mübarizə aparmaq lazımdır.

- Rəqibin heyətində son Avropa çempionu - Eder də var...
- Onu yaxşı tanıyıram. Portuqaliyada oynayanda tez-tez meydanda görüşürdük. Necə futbolçu olduğunu bilirəm. Ona qarşı oynamaq olar.

- "Qəbələ"yə gələndən sonra tez-tez qol vurursunuz...
- Bombardir olmaqdansa "Qəbələ"nin qələbə qazanmasını daha çox istəyirəm. Yenə qrup mərhələsində oynamaq istəyirik. Amma təbii ki, vurduğum hər bir qola da sevinirəm. Çünki vurduğumuz hər qol bizi qələbələrə daha da yaxınlaşdırır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.