22 iyul 2016 14:00
Hasani: Neftçi ilə oyunda özümüzü evdəki kimi hiss etdik
Makedoniyanın "Şkendiya" klubunun kapitanı Ferhan Hasani Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:
"Neftçi" ilə oyunda hər şeyi necə lazımdısa, elə etdik. Avropa Liqasında yolumuza davam edirik və daha da irəli getmək istəyirik. Matçdan matça artırırıq. Tetovodan bizi dəstəkləmək üçün Skopyeyə gələn bütün azarkeşlərimizə təşəkkürümü bildiirəm. Özümüzü evdəki kimi hiss etdik".
